Haqqımızda

Hər bir Gəncin öz gələcəyi ilə bağlı xüsusi planları və arzuları vardır. Özünü dizayn sahəsində gələcəyin peşəkar mütəxəssisi görən şəxslər üçün Baku Art Club dizayn dərslərinə start verir.Bir çox gənc kreativ bir sahədə, yüksək maaşlı iş arzusundadır, lakin haradan başlayacaqları barədə tərəddüd edirlər. Elə buna görə də Baku Art Club gənclərə gələcək vəd edən dizaynerliyin sirlərini öyrənmək üçün şans yaradır.

Baku Art Club komandası olaraq ilk məqsədimiz, gənclərin gələcəkdə sevərək görəcəkləri işə yiyələnmələrində pay sahibi olmaqdır. Yaradıcıllığına güvənən və özünü dizayn sahəsində görmək istəyən hər kəs peşəkar səviyyədə təskil olunmuş Qrafik Dizayn, İnteryer Dizayn, Moda Dizayn dərsləri ilə başlanğıc səviyyədən tələb olunan səviyyəyə qədər yüksələ bilər.