DİZAYN və MEMARLIQ

Mənzillərin, fərdi yaşayış evlərinin, bağ evlərinin, eksteryer və interyer dizaynı, memarlıq və yenidən planlaşdırılması

Mənzillərin, fərdi yaşayış evlərinin, bağ evlərinin, ictimai və inzibati binaların eksteryer və interyer dizaynı, memarlıq və yenidən planlaşdırılması, fərqli üslublarda, yüksək  zövqlü milli və müasir memarlığa uyğun bir dizaynda təcrübəli memar-dizaynerlərimiz tərəfindən hazırlanır. Hər hansı bir tikintinin zövqlü görünüşü, daxili otaqların rahatlıq və gözəllik harmoniyasını özündə birləşdirən quruluşu dizayndan çox asılıdır. Bu işdə də hər zamankı kimi sifarişçilərin zövqünü nəzərə almaqla,  yüksək xidmət göstəririk.

Binanın xarici görünüşünə baxdıqda, ilk növbədə insanda xoş təəssurat yaranmalıdır. Beləki, düzgün material seçimi, rəng çalarlığı, ətraf mühitin üslubu ilə uzlaşma kimi prinsiplər nəzərə alınmaqla möhtəşəm eksteryer görünüş əldə olunur.

Bina daxilində isə insanı ilk düşündürən amil – onun rahatlığıdır. Müasir interyer dizaynda insanlara rahatlıq gətirən bütün elementlər nəzərə alınmalıdır. Rəng palitrası, materialları düzgün seçimi, uyğun dekor və mebelləri birləşdirərək, zövqlü bir məkan sizə bəxş edə bilərik.

Bu məqsədlə, Sizin xidmətinizdəyik:

  • Mənzillərin, fərdi yaşayış və bağ evlərinin eksteryer və interyer dizaynı
  • Mənzillərin, fərdi yaşayış və bağ evlərinin yenidən planlaşdırılması
  • İctimai və inzibati binaların eksteryer və interyer dizaynı
  • İctimai və inzibati binaların yenidən planlaşdırılması